“Qarabağ”ın “Tvente” ilə matçlarının hakimləri açıqlandı | 1news.az | Xəbərlər
İdman

“Qarabağ”ın “Tvente” ilə matçlarının hakimləri açıqlandı

First News Media15:31 - Bu gün
“Qarabağ”ın “Tvente” ilə matçlarının hakimləri açıqlandı

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ” – "Tvente” matçlarının hakimləri bəlli olub. 

1news.az xəbər verir ki, Niderlandda keçiriləcək ilk qarşılaşmanı albaniyanlı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yucin Caya olacaq.

Ona həmyerliləri Rejdi Avdo və Mario Şazivari kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək.

VAR-da italyan Canluka Aureliano, AVAR-da albaniyalı Albert Doda əyləşəcəklər.

Bakıda baş tutacaq görüşü isə Norveçdən olan hakimlər briqadası idarə edəcək. 

Qarşılaşmanın baş hakimi FIFA referisi Rohit Saqqidir. Ona həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək.

VAR hakimi Kristoffer Haqenes, AVAR isə avstriyalı Alan Kijas olacaq.

Qeyd edək ki, ilk qarşılaşma avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. 
 

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər