Xocavənddə açıq ərazidə yanğın başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə açıq ərazidə yanğın başladı

First News Media16:02 - Bu gün
Xocavənddə açıq ərazidə yanğın başladı

Xocavənd rayonunun Qarakənd kəndi ərazisində yanğın başlayıb.

1news.az xəbər verir ki, yanğın açıq ərazidə qeydə alınıb.

Hadisə yerinə Xocavənd və Ağdam rayonlarının yanğından mühafizə bölmələrinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda alovun əkinə yararlı sahələrə və yaşayış məhəllələrinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər