"Sabah" azarkeşlərlə bağlı insidentdən sonra UEFA və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazırdır
"Sabah" futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin "Aarhus"a qarşı cavab oyunundan əvvəl baş verən azarkeşlərlə bağlı insidentlə əlaqədar UEFA və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Müvafiq açıqlama klubun rəsmi saytında dərc olunub.
Klubda vurğulanıb ki, şəraitdən asılı olmayaraq fiziki aqressiyanı dəstəkləmir və doğru saymırlar. "Sabah" həmçinin əlində olan materialları, o cümlədən müşahidə kameralarının görüntülərini səlahiyyətli orqanlara təqdim etməyə hazırdır.
Mövcud məlumata görə, insidentdən əvvəl Danimarka komandasının azarkeşləri yerli azarkeşlərin ünvanına aqressiv ifadələr işlədib.
Klub yerli və əcnəbi azarkeşləri qarşılıqlı hörmətə və futbol mədəniyyətinə riayət etməyə çağırıb.
Xatırladaq ki, "Sabah" "Aarhus"u 4:0 hesabı ilə darmadağın edərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.










