Bu ilin 7 ayı ərzində 187 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin 7 ayı ərzində 187 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb

First News Media14:07 - Bu gün
Bu ilin 7 ayı ərzində 187 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb

İlin ilk 7 ayında (yanvar-iyul) narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3282 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 33-ü xarici ölkə vətəndaşıdır.

Bu barədə 1news.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Məsuliyyətə cəlb edilənlərdən 3188-i kişi, 94-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 33 nəfəri xarici ölkə vətəndaşıdır. 2025-ci ilin yanvar-iyul ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində həmin vətəndaşların sayı 31 nəfər azalıb.

Həmçinin məsuliyyətə cəlb edilmiş 33 xarici ölkə vətəndaşından ümumilikdə 385 kq 433,185 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb.

Məlumatda diqqətə çatdırılıb ki, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 114 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 606 kq 095,682 qr və 20 930 ədəd həb metadon narkotik vasitə çıxarılıb.

Paylaş:
117

Son xəbərlər

Bütün xəbərlər