"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə ilk görüş üçün Niderlanda səfər planı müəyyənləşib.
Bu barədə 1news.az-a Azərbaycan təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisi komandanın oyundan bir gün əvvəl, günorta saatlarında yola düşəcəyini söyləyib.
Komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı Bakıda baş tutacaq. 54 yaşlı mütəxəssis avqustun 19-da, saat 11:00-da "Azəsun Arena"da jurnalistlər önünə çıxacaq.
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
66












