Azərbaycan boksçuları U-17 Avropa çempionatında iştirak edəcəklər | 1news.az | Xəbərlər
İdman

Azərbaycan boksçuları U-17 Avropa çempionatında iştirak edəcəklər

1news Redaksiyası16:22 - Bu gün
Azərbaycan boksçuları U-17 Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan boksçuları oktyabrın 3-də Monteneqronun Budva şəhərində start götürəcək U-17 Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, 9 gün davam edəcək yarışda yığma 21 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (52 kq), Alsu Yafarova (54 kq), Cəmilə Muradlı (57 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq), Xumar Cəfərli (+80 kq), Həsrət Məmmədov (46 kq), Nihad Məmmədli (48 kq), Vaqif Məmmədli (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Əli Abaslı (60 kq), Məhəmmədəli Rüstəmov (63 kq), Yusif Həsənli (66 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) güvənəcək.

Avropa çempionatında Anar Nağdıyev və Qalib Əbiyev isə Azərbaycanı hakim kimi təmsil edəcəklər.

Qeyd edək ki, yarışda 40 ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir. Budvaya oktyabrın 1-də yollanacaq boksçularımız ayın 12-də Bakıya qayıdacaqlar.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər