Xocəsəndə su xəttində qəza aradan qaldırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocəsəndə su xəttində qəza aradan qaldırıldı

First News Media17:46 - Bu gün
Xocəsəndə su xəttində qəza aradan qaldırıldı

Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən xəttdə baş vermiş qəza aradan qaldırılıb.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən, diametri 200 mm olan su xəttində baş vermiş qəza nəticəsində xəttin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb.

Qəzanın aradan qaldırılması üçün Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub. Qəzalı su xətti və onun üzərində yerləşən siyirtmə üzrə zəruri təmir-bərpa işləri həyata keçirilib.

ADSEA-nın məlumatına görə, təmir-bərpa işləri tam yekunlaşdırılıb və xətt üzrə suyun verilişi bərpa olunub.

Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılmasının təmin ediləcəyi bildirilib.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər