İlin birinci yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19,2 milyard manat olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

İlin birinci yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19,2 milyard manat olub

Qafar Ağayev12:12 - Bu gün
İlin birinci yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19,2 milyard manat olub

2026-cı ilin birinci yarısında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat təşkil edib.

1news.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 624,6 milyon manat və ya 3,2 faiz azalıb.

Gəlirlərin 8 milyard 842,7 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 3 milyard 143,6 milyon manatı Dövlət Gömrük Komitəsinin payına düşüb.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 milyard 420 milyon manat transfert edilib.

Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları 350,7 milyon manat, sair daxilolmalar isə 422,2 milyon manat təşkil edib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər