Lənkəranda narkotik yetişdirən 3 nəfər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda narkotik yetişdirən 3 nəfər saxlanıldı

First News Media12:14 - Bu gün
Lənkəranda narkotik yetişdirən 3 nəfər saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar. 

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər