Sabah dörd şəhər və rayonda qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

First News Media13:03 - Bu gün
Sabah dörd şəhər və rayonda qaz olmayacaq

Sabah Şirvan şəhərinin, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Şirvan şəhərinin Bayramlı qəsəbəsinin, Sabirabad rayonunun bir hissəsinin, Saatlı və İmişli rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər