Binəqədidə baş verən yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə baş verən yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

First News Media13:36 - Bu gün
Binəqədidə baş verən yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.

1news.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən "Nəsimi" metrostansiyasının yaxınlığında yerləşən köhnə poliklinika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.

Hazırda soyutma işləri aparılır, yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

 13:12

Bakı şəhəri, Binəqədi rayonunda, "Milyonerlər məhəlləsi" adlanan ərazidəki köhnə fabrikdə yanğın başlayıb.

1news.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə metronun "Nəsimi" stansiyası yaxınlığında qeydə alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər görürlər.

Hadisə yerindən görüntünü təqdim edirik:

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər