İkardi “Qalatasaray”da qazandığının yarısından da az maaşa İtaliyaya gedir | 1news.az | Xəbərlər
İdman

İkardi “Qalatasaray”da qazandığının yarısından da az maaşa İtaliyaya gedir

Oksana Orucova14:06 - Bu gün
İkardi “Qalatasaray”da qazandığının yarısından da az maaşa İtaliyaya gedir

“Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılan Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.

1news.az xarici mediaya istinadən xəbər verir ki, “Corriere dello Sport”un məlumatına görə, İtaliyanın “Latsio” klubu baş məşqçi Cennaro Qattuzonun istəyilə argentinalı hücumçunu transfer gündəminə daxil edib.

“Latsio”nun prezidenti Klaudio Lotito İkardinin illik 3 milyon avro maaş və bonuslar tələbinə hələlik müsbət yanaşmır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Transfer baş tutacağı təqdirdə, “Qalatasaray”da illik 10 milyon avro qazanan İkardi “Latsio”da 3 milyon avro maaş alacaq.

Məlumata görə, 33 yaşlı futbolçu Yunanıstanın “Olimpiakos” klubunun təklifini rədd edib. İspaniyanın “Betis” klubu da namizədlər arasında göstərilir. Braziliya və Meksika klublarının da argentinalı hücumçu ilə maraqlandığı qeyd olunur.

İtaliyanın “Komo” klubu isə hələlik İkardi ilə bağlı konkret addım atmayıb. Digər İtaliya klublarının da transfer pəncərəsinin son günlərində hücumçu üçün hərəkətə keçə biləcəyi bildirilir.

Bu səbəbdən “Latsio”nun İkardidən bu həftə ərzində qərar verməsini gözlədiyi qeyd olunub.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər