Azərbaycanda təbii qaz ehtiyatlarının 60 faizi ixraca yönəldilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda təbii qaz ehtiyatlarının 60 faizi ixraca yönəldilib

12:57 - Bu gün
Azərbaycanda təbii qaz ehtiyatlarının 60 faizi ixraca yönəldilib

2026-cı ilin yanvar–iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 22 258,9 milyon kubmetr təşkil edib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, hesabat dövründə təbii qaz ehtiyatlarının 60,1 faizi ixrac edilib.

Ehtiyatların 29,2 faizi ölkə daxilində istehlaka yönəldilib, 2,5 faizi itkiyə gedib, 8,2 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Beləliklə, ilin ilk yarısında ölkədə formalaşan təbii qaz ehtiyatlarının əsas hissəsi ixrac olunub.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər