Şəmkirdə faciə: 14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə faciə: 14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən ölüb

First News Media13:09 - Bu gün
Şəmkirdə faciə: 14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən ölüb

Şəmkirdə bədbəxt hadisə baş verib.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər