Abşeronda 6 avtomobildən oğurluq edən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda 6 avtomobildən oğurluq edən şəxs saxlanıldı

First News Media17:33 - Bu gün
Abşeronda 6 avtomobildən oğurluq edən şəxs saxlanıldı

Abşeron rayonunda müxtəlif vaxtlarda 6 avtomobildən pul vəsaitləri, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyalar oğurlanıb.

Bu barədə 1news.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı C.Mikayılov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən iki marketdən oğurluq etdiyi də məlum olub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər