“Qırmızı Körpü”ndə yük maşınlarının sayı 700-ə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qırmızı Körpü”ndə yük maşınlarının sayı 700-ə çatıb

First News Media17:20 - Bu gün
“Qırmızı Körpü”ndə yük maşınlarının sayı 700-ə çatıb

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 700 yük nəqliyyat vasitəsi canlı növbədə gözləyir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) avqustun 21-nə olan məlumatında bildirilib.

Sərhəd-keçid məntəqələrində giriş və çıxışda canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayına dair məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda 134, “Xanoba” gömrük postunda isə 1 yük maşını növbədədir.

Azərbaycan-Gürcüstan sərhədindəki “Mazımqara” gömrük postunda 7 yük nəqliyyat vasitəsi gözləyir.

Azərbaycan-İran sərhədində yerləşən “Astara” gömrük postunda isə növbədə 52 yük maşını var.

Hazırda “Biləsuvar” gömrük postunda canlı növbədə gözləyən yük nəqliyyat vasitəsi yoxdur.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər