Binəqədidə şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb,iki işçi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb,iki işçi saxlanılıb

First News Media11:23 - Bu gün
Binəqədidə şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb,iki işçi saxlanılıb

Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb.

Bu barədə 1news.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlanılıblar. Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib.

Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən isə nağd pul vəsaiti və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən H.Məsimzadə və E.Zeynalov da müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər