“Bu pulu başqa hesaba köçürərsən?” xahişinin arxasında narkotik şəbəkəsi? – Jurnalistdən İDDİA | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bu pulu başqa hesaba köçürərsən?” xahişinin arxasında narkotik şəbəkəsi? – Jurnalistdən İDDİA

Qafar Ağayev13:57 - Bu gün
“Bu pulu başqa hesaba köçürərsən?” xahişinin arxasında narkotik şəbəkəsi? – Jurnalistdən İDDİA

Bakı şəhərinin mərkəzində, Nizami küçəsində (Tarqovi) vətəndaşlara yaxınlaşaraq onlardan əlindəki pulu bankomat və ödəmə terminalları vasitəsilə başqa şəxslərin hesabına köçürmələrini xahiş edən şəxslərlə bağlı iddia yayılıb.

1news.az xəbər verir, məsələni jurnalist Aida Eyvazlı sosial şəbəkə hesabında gündəmə gətirib.

Onun paylaşımına görə, bəzi şəxslər vətəndaşlara yaxınlaşaraq əllərində olan müəyyən məbləğdə pulu onlara təqdim edərək, vəsaitin onun əvəzinə bankomat və ya ödəmə terminalları vasitəsilə başqa şəxsin hesabına köçürülməsini xahiş edirlər.

Jurnalist iddia edir ki, ona yaxınlaşan şəxs təxmini 55 yaşlı idi. Bu üsulla köçürülən pul vəsaiti sonradan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin hesablarına yönləndirilə bilər. Araşdıma apardıqda isə bankomatın və ya terminalların kameralarında pulu göndərən şəxs olaraq sizin görüntüləriniz görünəcək. 

Əlbəttə bu çox ciddi bir iddiadır. Bəzən kiməsə inanıb onun əvəzinə etdiyimiz köçürmə bizim üçün ciddi problemləmə çevrilə bilər. Eyni zaman bizə tanımadığımız hesabdan göndərilən hər bir vəsaitlə bağlı banka və aidiyyəti qurumlara məlumat verməliyik ki, sonradan hansısa cinayətkar şəbəkələrin, dələduzlar ən toruna düşməyək. 

1news.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərib.

Nazirliyin məsələyə münasibəti məlum olduqdan sonra xəbərə əlavə ediləcək.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər