Ukrayna PUA-larla “OZON”un anbarını vurdu, yanğın başladı | 1news.az | Xəbərlər
Dünya

Ukrayna PUA-larla “OZON”un anbarını vurdu, yanğın başladı

Qafar Ağayev09:52 - Bu gün
Ukrayna PUA-larla “OZON”un anbarını vurdu, yanğın başladı

Avqustun 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətindəki Çapayevsk şəhərində fəaliyyət göstərən "Ozon" marketpleysinin logistika mərkəzini ilk dəfə pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

1news.az xəbər verir ki, bu haqda Ukraynanın monitorinq kanalları məlumat yayıb.

PUA-ların zərbəsindən sonra logistika kompleksinin ərazisində şiddətli yanğının baş qaldırdığı bildirilir. Hadisə yerindən çəkilən görüntülər, yanğını əks etdirən kadrlar sosial şəbəkələrdə geniş yayılıb.

Monitorinq kanallarının məlumatına görə, alov obyekt ərazisində sürətlə yayılıb, logistika mərkəzinin üzərini isə qalın tüstü bürüyüb.

Dağıntının həcmi və mümkün xəsarət alanlar barədə hələ ki, rəsmi məlumat verilməyib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər