İntihar etdiyi deyilən şəxsin qətlə yetirildiyi müəyyən edildi, arvadı saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihar etdiyi deyilən şəxsin qətlə yetirildiyi müəyyən edildi, arvadı saxlanıldı

First News Media13:28 - Bu gün
İntihar etdiyi deyilən şəxsin qətlə yetirildiyi müəyyən edildi, arvadı saxlanıldı

Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

1news.az "Report"a istinadən xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

A.Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma davam etdirilir.

Paylaş:
32

Son xəbərlər

Bütün xəbərlər