Əməliyyat keçirildi: 116 kiloqram narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməliyyat keçirildi: 116 kiloqram narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarıb

First News Media15:46 - Bu gün
Əməliyyat keçirildi: 116 kiloqram narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.

1news.az xəbər verir ki, paytaxtın Binəqədi və Nizami rayonlarında, həmçinin Abşeron və Yevlax rayonlarında keçirilən tədbirlər nəticəsində əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Nicat Həsənov, Mübariz Azayev, Hüseyn Vəliyev, Etibar Səlimov, Elşən Abdullayev və Şahin Abdullayev saxlanılıblar.

Onlardan ümumilikdə 116 kiloqram narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı saxlanılan şəxslərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyənləşdirilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər