Prezidentin filiz yataqları ilə bağlı Sərəncamı yeniləndi | 1news.az | Xəbərlər
Rəsmi

Prezidentin filiz yataqları ilə bağlı Sərəncamı yeniləndi

1news Redaksiyası16:39 - 25 / 08 / 2026
Prezidentin filiz yataqları ilə bağlı Sərəncamı yeniləndi

Azərbaycan Respublikasının Prezidenti filiz yataqlarının öyrənilməsi və istismarı ilə bağlı 2021-ci il tarixli Sərəncamında dəyişiklik edib.

1news.az xəbər verir ki, dəyişikliyə əsasən, əvvəlki sənədin əhatə dairəsindən Qaşqaçay və Ağduzdağ filiz yataqları çıxarılıb və Sərəncam yalnız Elbəydaş filiz yatağını əhatə edəcək şəkildə uyğunlaşdırılıb.

Sənədə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İqtisadiyyat Nazirliyi ilə birlikdə daha əvvəl bağlanan müqavilələrə xitam verilməsi və ya müvafiq dəyişikliklərin edilməsi tapşırılıb. Sərəncamdan irəli gələn digər məsələlərin həlli isə Nazirlər Kabinetinə həvalə olunub.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər