"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq | 1news.az | Xəbərlər
İdman

"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

First News Media17:32 - Bu gün
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

Niderlandın "Tvente" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa itkilərlə çıxacaq.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Stav Lemkin, Sem Lammers, Kristian Hlinsson zədə səbəbindən heyətdə yer almayacaq.

Xatırladaq ki, Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
 
 

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər