AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq | 1news.az | Xəbərlər
İdman

AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq

First News Media09:21 - Bu gün
AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün Belçika ilə qarşılaşacaq.

1news.az report-a istinadən xəbər verir ki, matç 18:30-da start götürəcək.

Qrupun digər oyununda, saat 15:30-da İspaniya və Portuqaliya yığmaları qarşılaşacaq.

Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq. Faiq Qarayevin baş məşqçi olduğu Azərbaycan millisi 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik Niderland birinci, Belçika isə ikincidir.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər