Gürcüstandan azərbaycanlılar da daxil 85 əcnəbi deportasiya edilib | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstandan azərbaycanlılar da daxil 85 əcnəbi deportasiya edilib

First News Media11:25 - Bu gün
Gürcüstandan azərbaycanlılar da daxil 85 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları son günlər ərzində 85 xarici vətəndaşı ölkədən çıxarıblar.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində Türkiyə, Hindistan, Türkmənistan, Azərbaycan, Rusiya, Misir, Belarus, Özbəkistan, Efiopiya, İordaniya, Kuba, Vyetnam, Banqladeş, Nigeriya, Pakistan, Tayland, Filippin və digər ölkələrin vətəndaşları Gürcüstandan deportasiya ediliblər.

Qanunvericiliyə uyğun olaraq, deportasiya olunan şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

DİN-in məlumatına görə, cari il ərzində Gürcüstandan ümumilikdə 2 726 qanunsuz əcnəbi çıxarılıb. Bu göstərici ötən ilin bütün dövründə ölkədən çıxarılan qanunsuz əcnəbilərin sayından iki dəfə çoxdur.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər