Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

First News Media17:06 - Bu gün
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Balakəndə minik avtomobili dirəyə çırpılıb, ər-arvad xəsarət alıb.

1news.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Balakən rayon sakini Etibar Məmmədov idarə etdiyi "Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yol kənarında quraşdırılmış radar dirəyinə çırpılıb.

Qəzadan sonra sürücü və onun avtomobildə olan həyat yoldaşı L. Məmmədova xəsarət alıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər