Qobustanda körpü tikintisi davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobustanda körpü tikintisi davam edir

First News Media17:42 - Bu gün
Qobustanda körpü tikintisi davam edir

Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində yeni körpünün inşası davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, mövcud körpü sökülüb, dayaqların inşası artıq başa çatdırılıb. Hazırda aşırım tirlərinin quraşdırılması işləri aparılır. Tikinti işlərinin yaxın müddətdə yekunlaşdırılması ilə ərazidə rahat və təhlükəsiz gediş-gəliş təmin olunacaq.

Qeyd edək ki, bundan əvvəl yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilib. Hazırda işlər əks istiqamətdə davam etdirilir.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər