Yağıntılı hava bu tarixədək davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağıntılı hava bu tarixədək davam edəcək

First News Media15:14 - Bu gün
Yağıntılı hava bu tarixədək davam edəcək

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacaq, leysan xarakterli, intensiv yağıntıların olacağı ehtimal olunur. Sentyabrın 1-də səhər saatlarından yağıntılar tədricən kəsiləcək.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, sentyabrın 1-i gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq: "Arabir güclənən şimal-qərb küləyi sentyabrın 1-i gündüzdən zəifləyəcək. Havanın maksimal temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də avqustun 31-də və yaxın iki gün ərzində, sentyabrın 1-i və 2-sində yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur”.

G.Məmmədova bildirib ki, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna olunmur: "Sentyabrın 2-si axşam saatlarından yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu aran rayonlarında 25-30, dağlıq ərazilərdə 18-23 dərəcə isti olacaq”.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər