Hacı Zeynalabdin qəsəbəsi sakini bıçaqlanıb, atası şübhəli bilinir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacı Zeynalabdin qəsəbəsi sakini bıçaqlanıb, atası şübhəli bilinir

1news Redaksiyası17:40 - 31 / 08 / 2026
Hacı Zeynalabdin qəsəbəsi sakini bıçaqlanıb, atası şübhəli bilinir

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

1news.az report-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Nadir Novruzov ilə oğlu, 1998-ci il təvəllüdlü Təhmasib Novruzov arasında mübahisə yaranıb.

Mübahisə zamanı atanın bıçaqla oğluna xəsarət yetirdiyi bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş:
227

Son xəbərlər

Bütün xəbərlər