Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı

1news Redaksiyası13:31 - 01 / 09 / 2026
Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı

Qəbələ rayonunda 29 yaşlı qadın hovuzda boğularaq ölüb.

1news.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

İmişli rayon sakini - 1997-ci il təvəllüdlü Lamiyə Əhmədli istirahət üçün kirayələdiyi evin həyətindəki hovuzda çimərkən boğulub.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlanılıb.
 
 

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər