Daha 117 ailə Ağdama köçüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 117 ailə Ağdama köçüb

First News Media14:38 - Bu gün
Daha 117 ailə Ağdama köçüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir.

Sentyabrın 1-də Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə 117 ailə olmaqla, 362 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Paylaş:
36

Son xəbərlər

Bütün xəbərlər