DİN: Ötən gün 48 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün 48 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb

Qafar Ağayev10:25 - Bu gün
DİN: Ötən gün 48 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb

Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər