Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR

First News Media09:17 - Bu gün
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR

Bu gün saat 20:00-dan etibarən Bakının Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar Moskva prospektinin kənar yolu, Biləcəri enişi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər