"Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək | 1news.az | Xəbərlər
İdman

"Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək

First News Media16:01 - Bu gün
"Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək

"Qarabağ" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.

1news.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisindən bildirilib.

"Köhlən atlar" qərarın dəyişməsi üçün apellyasiya şikayəti verməyəcək.

Xatırladaq ki, AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalandırıb. Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" – "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər