32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

First News Media17:21 - Bu gün
32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Paytaxtın Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

AYNA-dan 1news.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən bu gün saat 20:00-dan 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət sxemi dəyişdilirir.

Müntəzəm marşrutlar üzrə avtobusların hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil ediləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsinə fəaliyyət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutların hərəkəti Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində təşkil olunacaq.

156, 156A, 158, 170, 525A və 525B nömrəli müntəzəm marşrutların avtobusları “20 Yanvar” dairəsi və Moskva prospekti (tunel) ilə hərəkət edəcək.

91 nömrəli müntəzəm marşrutun fəaliyyəti Rəşid İsmayılov küçəsi, 1-ci döngə, Qabil Süleymanov küçəsi ilə təşkil ediləcək.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər