Səməd Ağırbaş: Azərbaycan qlobal iqlim prosesində xüsusi yer tutur | 1news.az | Xəbərlər
Cəmiyyət

Səməd Ağırbaş: Azərbaycan qlobal iqlim prosesində xüsusi yer tutur

Faiqə Məmmədova12:42 - Bu gün
Səməd Ağırbaş: Azərbaycan qlobal iqlim prosesində xüsusi yer tutur

“Azərbaycan bu gün qlobal iqlim prosesində xüsusi yer tutur”.

1news.az xəbər verir ki, bunu COP31 üzrə yüksək səviyyəli iqlim elçisi, “Zero Waste Foundation” Fondunun prezidenti Səməd Ağırbaş Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının IV İqlim Həftəsi (CW4) və “Baku Climate Action Week 2026” çərçivəsində çıxışı zamanı deyib.

S.Ağırbaş qeyd edib ki, COP31 komandası COP29 sədrliyinin zəngin təcrübəsindən çox şey öyrənib.

“Bizim COP31 komandamız COP29 sədrliyinin əvəzsiz təcrübəsindən bəhrələnib. Onların zəngin təcrübəsi, dostluğu və hərtərəfli dəstəyi bizim üçün əvəzolunmaz resursa çevrilib. Məhz buna görə də bu gün biz yola sıfırdan başlamırıq – COP31-ə doğru hamınızla çiyin-çiyinə irəliləyirik. Başqa sözlə, vahid istiqamətdə hərəkət edirik – Bakıdan Türkiyədə keçiriləcək COP31-ə doğru”, - deyə S.Ağırbaş bildirib.

Onun sözlərinə görə, COP31 qlobal iqlim ambisiyalarını real iqtisadi sektora mümkün qədər yaxınlaşdırmalı, iqlimlə bağlı öhdəlikləri investisiya baxımından cəlbedici, gəlir gətirən layihələrə və genişmiqyaslı həllərə çevirməlidir.

“İqlim maliyyələşməsi bu prosesdə əsas rol oynayacaq. Xüsusilə inkişaf etməkdə olan bazar ölkələri, inkişaf etməkdə olan dövlətlər, ən az inkişaf etmiş ölkələr və ilk növbədə uzun müddətdir lazımi maliyyə vəsaitini kifayət qədər ala bilməyən kiçik ada dövlətləri üçün bu, böyük əhəmiyyət daşıyır”, - deyə o vurğulayıb.

Foto: Nadir İbrahimli

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər