Qubada külək ağacı aşırdı, yolun bir hissəsi bağlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada külək ağacı aşırdı, yolun bir hissəsi bağlandı

1news Redaksiyası14:52 - 07 / 09 / 2026
Qubada külək ağacı aşırdı, yolun bir hissəsi bağlandı

Səhər saatlarından başlayan güclü külək Qubada fəsad törədib.

1news.az APA-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun Quba rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində iri ağac yola aşıb.

Nəticədə yolun hərəkət hissəsinin bir qismi bağlanıb. Hazırda yolun bir hissəsi açıqdır və nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir.

Hadisə ilə bağlı müvafiq tədbirlər görülür.

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər