Polisdən əməliyyat: 33 kiloqrama yaxın narkotik vasitə aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polisdən əməliyyat: 33 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

First News Media16:46 - Bu gün
Polisdən əməliyyat: 33 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

1news.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V.Cəbrayılov saxlanılıb. Onun üzərindən ümumilikdə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə V.Cəbrayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər