Bir gündə 53 şübhəli saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir gündə 53 şübhəli saxlanıldı

1news Redaksiyası10:12 - 11 / 09 / 2026
Bir gündə 53 şübhəli saxlanıldı

Sentyabrın 10-da ölkə ərazisində polis əməkdaşları tərəfindən 52, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 136 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər isə saxlanılıb.

Paylaş:
236

Son xəbərlər

Bütün xəbərlər