Eşqi Bağırov: Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Eşqi Bağırov: Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndiriləcək

Qafar Ağayev10:27 - Bu gün
Eşqi Bağırov: Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndiriləcək

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və tərbiyəçi-müəllimlərin peşəkarlığının artırılması əsas hədəflər sırasındadır.

1news.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

O bildirib ki, məktəbəqədər təhsil üzrə əsas hədəflər 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasından qaynaqlanır.

“Məktəbəqədər təhsil üzrə əsas hədəflərimiz birbaşa 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasından qaynaqlanır. Burada iki əsas istiqamətimiz var: birincisi — məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi; ikincisi — tərbiyəçi-müəllimlərin peşəkarlığının artırılması və sertifikatlaşdırma mexanizminin tətbiqi”, - deyə Eşqi Bağırov bildirib.

O qeyd edib ki, əhatəliliyin artırılmasında ölkənin hər yerində eyni modelin tətbiqi nəzərdə tutulmur.

“Fərqli ehtiyaclara cavab vermək üçün bir neçə modeldən paralel istifadə edirik”, - deyə MÜTDA direktoru əlavə edib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər