Distant tədris göstərəcək məktəblərin sayı 48-ə çatdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Distant tədris göstərəcək məktəblərin sayı 48-ə çatdırılacaq

First News Media10:56 - Bu gün
Distant tədris göstərəcək məktəblərin sayı 48-ə çatdırılacaq

Ötən tədris ilində 8 təhsil müəssisəsində hibrid təhsil modeli tətbiq edilib.

1news.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

O qeyd edib ki, bu model nəticəsində ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı ən yüksək səviyyədə həyata keçirilib:

"Bu model çərçivəsində kadr təminatı mümkün olmayan məktəblərdə yüksək nəticələri ilə seçilən müəllimlər distant təhsil vasitəsilə həmin məktəblərdə onlayn formada tədrisə cəlb edilir. Yeni tədris ilindən etibarən belə məktəblərin sayı 48-ə çatdırılacaq".

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər