Yunanıstanda Qərbi Nil virusu: yoluxanların sayı 324-ə çatıb | 1news.az | Xəbərlər
Dünya

Yunanıstanda Qərbi Nil virusu: yoluxanların sayı 324-ə çatıb

Oksana Orucova09:26 - Bu gün
Yunanıstanda Qərbi Nil virusu: yoluxanların sayı 324-ə çatıb

Yunanıstanda son bir həftə ərzində Qərbi Nil virusuna 34 yeni yoluxma halı qeydə alınıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, ölkədə ilin əvvəlindən sentyabrın 9-dək Qərbi Nil virusu ilə bağlı 324 yerli yoluxma aşkarlanıb.

Məlumata əsasən, son bir həftədə 34 yeni yerli yoluxma qeydə alınıb. Ümumilikdə 217 xəstədə ensefalit, meningit və ya kəskin süst iflic kimi ağır simptomlar müşahidə olunub. 107 nəfərdə isə xəstəlik daha yüngül əlamətlərlə özünü göstərib.

EODY-nin məlumatında bildirilir ki, virusa yoluxan 65 yaşdan yuxarı 30 nəfər həyatını itirib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər