KDR-də evdə başlayan yanğın iki məktəbə sıçrayıb: Ölən şagirdlər var | 1news.az | Xəbərlər
Dünya

KDR-də evdə başlayan yanğın iki məktəbə sıçrayıb: Ölən şagirdlər var

Oksana Orucova09:58 - Bu gün
KDR-də evdə başlayan yanğın iki məktəbə sıçrayıb: Ölən şagirdlər var

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu əyalətinin paytaxtı Bukavuda evdə başlayan və iki məktəbə yayılan yanğın nəticəsində 15 şagird həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Bukavunun Kadutu rayonunun Cimpunda məhəlləsində yaşayış evlərindən birində yanğın baş verib.

Qısa müddətdə ətrafdakı tikililərə yayılan alov Ujamaa və Furans ibtidai məktəblərinə də keçib.

Yanğın zamanı məktəblərdə olan çox sayda şagird alovların arasında qalıb.

Hadisə nəticəsində 15 şagird həyatını itirib, çox sayda şagird isə yaralanıb.

Yaralılar şəhərdəki xəstəxana və tibb mərkəzlərinə çatdırılaraq müalicəyə cəlb olunub. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yanğının baş verdiyi Funu küçəsində təxminən 500 ev və bir tibb mərkəzi də alovdan zərər görüb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər