İsrail və Livan arasında 8-ci danışıqlar turunun gələn həftə İtaliyada keçiriləcəyi iddia olunur | 1news.az | Xəbərlər
Dünya

İsrail və Livan arasında 8-ci danışıqlar turunun gələn həftə İtaliyada keçiriləcəyi iddia olunur

Qafar Ağayev09:31 - Bu gün
İsrail və Livan arasında 8-ci danışıqlar turunun gələn həftə İtaliyada keçiriləcəyi iddia olunur

İsrail dövlət televiziyasının məlumatına görə, Livanla yeni danışıqlar turu sentyabrın 15-16-da İtaliyanın paytaxtı Romada keçiriləcək.

1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, danışıqlarda Livanın cənubundakı "pilot bölgələrin" Hizbullah qüvvələrindən təmizlənib-təmizlənmədiyini müəyyənləşdirmək üçün xüsusi qüvvənin yaradılması məsələsinin müzakirə ediləcəyi bildirilib.

Xəbərdə danışıqlarda hansı ölkələrin iştirak edəcəyi və sözügedən qüvvənin fəaliyyət mexanizmi ilə bağlı məlumat verilməyib.

ABŞ-nin İsrailin geri çəkiləcəyi və Livan ordusunun nəzarətinə veriləcək ərazilərin genişləndirilməsinə çalışdığı qeyd olunub.

Bundan əlavə, Livanda keçirilən sorğunun nəticələrinə əsasən, livanlıların 80 faizindən çoxunun İsraillə danışıqları dəstəklədiyi bildirilib.

Livan tərəfi yeni danışıqlar turu ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, iki ölkə aprelin 14-dən etibarən 7 birbaşa danışıqlar turu keçirib. Bu danışıqların 5-i ABŞ-nin paytaxtı Vaşinqtonda, 2-si isə İtaliyanın paytaxtı Romada baş tutub.

Hizbullah isə dəfələrlə bu danışıqları tanımadığını açıqlayıb və Livan hökumətini danışıqları dayandırmağa çağırıb.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər