31 min müəllimin maaşı artırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

31 min müəllimin maaşı artırılacaq

First News Media10:44 - Bu gün
31 min müəllimin maaşı artırılacaq

"Sertifikatlaşdırmadan uğurla keçən 31 min müəllimin maaşına 35 faiz əlavə olunacaq".

1news.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Eşqi Bağırov müəllimlərin peşəkar inkişafı istiqamətində həyata keçirilən sertifikatlaşdırma prosesindən danışıb.

O qeyd edib ki, bu il sertifikatlaşdırma prosesinin ilk mərhələsi başa çatıb.

“Bütün fənn müəllimləri bu prosesdə ən azı bir dəfə iştirak edib və onların sayı təxminən 105 minə çatır”, - deyə Eşqi Bağırov bildirib.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər