Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
Girnə sahillərində batan gəmi ilə bağlı daha bir meyit tapılıb.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Baş nazirliyi Girnə sahillərində avqustun 30-da baş verən gəmi qəzası ilə bağlı axtarışlar zamanı daha bir şəxsin meyitinin aşkarlandığını açıqlayıb.
Məlumata görə, dənizin dibində həyata keçirilən axtarışlar nəticəsində tapılan meyitin kimliyinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza və digər zəruri prosedurlara başlanılıb.
Qeyd edək ki, bazar ertəsi günü aşkarlanan digər meyitin şəxsiyyəti artıq müəyyənləşdirilib. Aparılan DNT analizi nəticəsində onun Orhan Bekret olduğu təsdiqlənib.
Hazırda hadisə zamanı itkin düşən daha iki şəxsin tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.












