Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
Azərbaycanın cüdo üzrə milli komandasının üzvü Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yaşadığı məğlubiyyətlə bağlı paylaşım edib.
1news.az xəbər verir ki, olimpiya çempionu bu barədə şəxsi “Instagram” hesabında fikirlərini bölüşüb.
Heydərov doğma azarkeşlər qarşısında mübarizəni erkən başa vurmasının onun üçün ağır olduğunu bildirib:
“Doğma Vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi. Sonsuz təşəkkürlər”.
Qeyd edək ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov dünya çempionatının 1/8 final mərhələsində İtaliya təmsilçisi Covanni Espozitoya cərimə xalları ilə məğlub olub.
Bakıda, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.
Azərbaycan millisinin digər üzvlərindən Əhməd Yusifov (60 kq) yarışda qızıl, Rəşid Məmmədyarov isə (73 kq) bürünc medal əldə edib.












