Oman sahillərində neft tankeri vuruldu: 23 nəfər təxliyə edildi
Omanın Müsəndəm sahillərində Panama bayraqlı “Elgaia” neft tankeri hədəfə alınıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində tankerin mühərrik bölməsində yanğın baş verib.
Oman Kral Donanmasına məxsus gəmi tankerdəki 23 ekipaj üzvünü təxliyə edib. Onlara tibbi yardım göstərilib. Daha 2 ekipaj üzvünün itkin düşdüyü və onların axtarışlarının davam etdiyi bildirilib.
Hadisənin səbəbi ilə bağlı tərəflərin açıqlamaları fərqlidir. İran tankerin məhdud ərazidə minaya toxunduğunu bildirərkən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tankerin həftəsonu İran tərəfindən hədəfə alındığını açıqlayıb.
67












