ABŞ-də jurnalistləri daşıyan helikopter qəzaya uğradı: ölən və yaralananlar var
ABŞ-nin Los-Anceles şəhərində jurnalistləri daşıyan xəbər helikopteri qəzaya uğrayıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ilkin məlumata görə, azı 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Hadisə Los-Ancelesdə baş verən avtobus qəzasını lentə almaq üçün əraziyə gedən NBC Los Angeles telekanalına məxsus helikopterin qəzaya uğraması nəticəsində baş verib.
Məlumata görə, helikopter iki konteynerin və bir avtomobilin üzərinə düşüb və bundan sonra partlayıb. Hadisə yerindən yayılan görüntülərdə helikopterin qəza anından əvvəl qəfil silkələnməyə başladığı görünür.
Fövqəladə hallar xidmətlərinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Lakin helikopterdə olan 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Daha 1 nəfərin yaralandığı bildirilir.
Los-Anceles Polisi helikopterdə qəza zamanı ümumilikdə neçə nəfərin olduğunu müəyyənləşdirməyə çalışır. Qəzanın başvermə səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.












