Rusiyada iPhone smartfonları bloklanacaq? - Deputatıdan ÇAĞIRIŞ | 1news.az | Xəbərlər
Dünya

Rusiyada iPhone smartfonları bloklanacaq? - Deputatıdan ÇAĞIRIŞ

First News Media15:16 - Bu gün
Rusiyada iPhone smartfonları bloklanacaq? - Deputatıdan ÇAĞIRIŞ

Rusiya deputatı vətəndaşlarını "iPhone" almaqdan çəkinməyə çağırıb.

1news.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov öz çıxışında qeyd edib

Onun sözlərinə görə, şirkətin texnologiyaları gələcəkdə Rusiyada məsafədən bloklana bilər.“Vətəndaşlarımıza "Apple" texnikasını ehtiyatla almağı tövsiyə edərdim, çünki bu cihazlar məsafədən sadəcə bloklana bilər”- Svintsov bildirib.

Deputat həmçinin "Apple"-ın Rusiyada istifadəçilərin işini qəsdən çətinləşdirdiyini iddia edib.

Onun fikrincə, ölkə xarici texnologiyalardan asılılığı azaltmalı və yerli məhsulların hazırlanmasına diqqəti artırmalıdır. Bu məqsədlə Rusiyada Apple və digər xarici şirkətlərin məhsullarını əvəz edə biləcək milli texnologiyaların və istehsal sahələrinin yaradılması planlaşdırılır. Söhbət həm smartfon və digər elektron cihazlardan, həm də onların proqram təminatı və texnoloji infrastrukturundan gedir.

Andrey Svintsov

Bununla belə, iPhone-ların Rusiyada kütləvi şəkildə uzaqdan bloklanacağı ilə bağlı konkret qərar və ya Apple tərəfindən belə bir planın elan edilməsi barədə məlumat verilməyib. Deputatın açıqlaması daha çox mümkün risklərlə bağlı xəbərdarlıq xarakteri daşıyır.

Ayxan Məlikzadə

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər